Azərbaycan gimnastları Qazaxıstanın Almatı şəhərində tamblinq üzrə keçirilən beynəlxalq turnirdə uğurlu çıxış ediblər.

"Unikal" xəbər verir ki, Aleksey Karataşov, Sənan Rzazadə qızıl, Xətai Hümbətov, Nazim Nağı gümüş, Hüseyn Əsədullayev isə bürünc medal qazanıblar.

Hüseyn Əsədullayev, Aleksey Karataşov, Uğur Cəfərli və Sənan Rzazadədən ibarət gimnastlarımız komanda hesabında birinci yeri tutublar.