Moskvadakı "Crocus City Hall"da baş vermiş terror aktı ilə əlaqədər 11 nəfər saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Prezident Vladimir Putinə məruzəsində bildirib.

Qeyd olunub ki, onlardan 4-ü birbaşa terror aktında iştirak edən şəxslərdir.

 

***10:10

Bryansk vilayətində "Crocus City Hall"a hücumda şübhəli bilinən iki nəfər saxlanılıb.

"Unikal" Rusiya KİV-nə istinadən xəbər verir ki, cinayətkarların olduğu güman edilən avtomobil Belarus və Ukrayna ilə sərhəddən bir neçə kilometr aralıda, Teplı kəndi yaxınlığında saxlanılıb. İlkin məlumatlara görə, avtomobildə altı nəfər olub. Onlardan ikisi saxlanılıb, dörd nəfər isə qaça bilib.

Saxlanılanlar Tacikistan vətəndaşlarıdır. Onların terror aktında əli olub-olmadığı dəqiqləşdirilir.

Həmçinin, 6 terrorçudan 4-nün şəxsiyyəti məlum olub. Onlar 37 yaşlı Nəsridinov Məhmədrəsul, 51 yaşlı İsmonov Rivojidin, 21 yaşlı Safolzoda Shoxinjonn və 29 yaşlı Nəzərov Rüstəmdir. Hər birinin Tacikistan vətəndaşı olduğu bildirilib. Bunlardan hansının saxlanıldığı məlum deyil.