İŞİD Rusiyanın Moskva vilayətində konsert zalındakı terrorun məsuliyyətini öz üzərinə götürüb.

"Unikal" "Al Arabia"ya istinadən xəbər verir ki, bu barədə terror qruplaşmasının teleqram kanalında bildirilib.

Terror təşkilatı iddiası ilə əlaqədar heç bir sübut irəli sürməyib.

Bununla yanaşı, terror aktının İŞİD qruplaşması tərəfindən törədildiyi təsdiqlənmir. Belə ki, İŞİD-in teleqram kanalında və digər səhifələrində qruplaşmanın terror aktını öz üzərinə götürməsi barədə heç bir bəyanat və açıqlama yoxdur.

Xatırladaq ki, Moskva vilayətindəki “Krokus siti holl” konsert zalında terror aktı olub. Hadisədə 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb.