Türkiyənin xarici işlər naziri Hakan Fidan və rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

"Unikal" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Bildirilib ki, Türkiyənin XİN başçısı rusiyalı diplomata başsağlığı verərək terror hücumunu pisləyib.

Xatırladaq ki, Moskva vilayətindəki “Krokus siti holl” konsert zalında terror aktı olub. Hadisədə 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb.