Uels şahzadəsi Ketrin Kensinqton xərçəng xəstəliyinə görə əməliyyat olunub. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Şahzadə əməliyyat olunduğunu və kimyaterapiya aldığını bildirib. O, müalicə olunduqdan sonra tam sağalacağına ümid etdiyini deyib: "Yanvarda Londonda qarın boşluğumdan ağır əməliyyat keçirdim və o zaman xərçəng olmadığım qənaətinə gəldim. Əməliyyat uğurlu keçdi, amma əməliyyatdan sonrakı analizlər xərçəngin olduğunu göstərdi. Həkim komandam mənə kurs keçməyi tövsiyə etdi. Profilaktik kimyaterapiyadan keçdim və indi müalicənin ilkin mərhələsindəyəm". 

Ağarza Elçinoğlu