Türkiyə ordusu İraqın şimalında "Pəncə-Kilid" əməliyyatı keçirib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama verib.

Məlumata görə, terror təşkilatı PKK üzvlərinin "Pəncə-Kilid əməliyyatı" bölgəsinə sızaraq hücum cəhdi nəticəsində 1 əsgərin şəhid olduğu, 4 hərbçinin isə yaralandığı bildirilib. 

Açıqlamada, həmçinin ümumilikdə 6 terrorçunun zərərsizləşdirildiyi qeyd olunub.

Zərifə Nağıyeva