Türkiyənin Hatay vilayətinin İskəndərun rayonunda Qızıl Aypara Şöbəsinin sədri və 2 əməkdaşı döyülüb.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, iftar hazırlığı üçün yeməklərin paylandığı zaman bir nəfər naməlum səbəbdən Şöbə sədri Rəcəb Sivri ilə mübahisə edib. Davaya çevrilən mübahisədə vətəndaş sədr, Mehmet Balcı və Seden İlhanı döyüb. 

Polis şübhəli Əli E.-nin tutulması üçün əməliyyata başlayıb. 

Ağarza Elçinoğlu