İranın Xuzistan əyalətinin İzeh şəhərindəki toy mərasimində adətə görə açılan atəş faciəyə səbəb olub. 

"Unikal" xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb. 

Ov tüfəngi ilə açılan atəş nəticəsində 13 nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır. 

Polis polkovniki Ramzan Goroui bildirib ki, atəş açan şəxs həbs olunub və şadlıq sarayı möhürlənib. 

Ağarza Elçinoğlu