Xarici KİV Böyük Britaniya kralı III Çarlzın vəfat etdiyini yazır. 

"Unikal" xəbər verir ki, Bukingem Sarayı TASS-a açıqlamasında bu barədə yayılan məlumatları təkzib edib. 

"Kral III Çarlz vəzifələrini yerinə yetirməkdə və şəxsi işlərlə məşğul olmaqda davam edir", - deyə saraydan bildirilib. 

***16:08

Böyük Britaniya kralı III Çarlz 75 yaşında vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

O, 2023-cü il mayın 6-da rəsmən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralı olub. Böyük Britaniyanın paytaxtı Londondakı Vestminster abbatlığında III Çarlzın tacqoyma mərasimi keçirilib.

Xatırladaq ki, III Çarlz Vestminster abbatlığında tacqoyma mərasimi keçirilən 40-cı monarx olub. İlk tacqoyma mərasimi 1066-cı ildə baş tutub.

Qeyd edək ki, bu barədə məlumatı Bukingem sarayı hələlik təsdiq etməyib.