Türkiyəli aktyor Birkan Sokullu ilə Esra Bilgiçin baş rolunu canlandıracağı "Zamanın kapıları" serialında daha bir aktrisanın kimliyi bəlli olub.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində hazırda "Hudutsuz sevda" serialında rol alan Naz Çağla Irmak yer alacaq. O, ekran işində "Derya" obrazına həyat verəcək.

Qeyd edək ki, serial 10 bölümdən ibarət olacaq.