Qonşular arasında fikir ayrılıqlarının olması normaldır. 

"Unikal" xəbər verir ki, bunu İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Baku TV-yə açıqlamasında deyib. 

Onun sözlərinə görə, İranın yeni hökumətinin qonşuluq siyasəti ciddi və prinsipial siyasətdir: "7 Bəhmən hadisəsi və Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücum çox acı, gözlənilməz və təəccüblü idi. Amma bütün sübutlar və iki ölkənin məhkəmə və təhlükəsizlik rəsmilərinin sonrakı səfərləri və hücum edənin etirafı göstərdi ki, bu hərəkət fərdi və şəxsi motivlərlə həyata keçirilib. Bu şəxs tutuldu, mühakimə olundu və ağır cəzaya məhkum edildi".

Musəvi bildirib ki, tezliklə Azərbaycan Respublikasının Tehrandakı səfirliyi fəaliyyətini bərpa edəcək: "Biz bunu şahidi olacağıq. Bir heyət hazırlıqlar üçün Tehrana səfər edib".

Ağarza Elçinoğlu