Lənkəran şəhərində yol nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Qurumba kəndi ərazisində qeydə alınıb. "VAZ-21015" və “VAZ-21011" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində "VAZ-21015" markalı minik avtomobilinin sürücüsü Lənkəran rayonunun Rvo kənd sakini 1983-cü il təvəllüdlü Rauf Məmməd oğlu Nəzərov, onun həyat yoldaşı 1994-cü il təvəllüdlü Gültəkin Ziyad qızı Nəzərova və azyaşlı övladları R.N. xəsarət alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının Acil şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.