Türkiyəli aktyor Birkan Sokullunun baş rolunu canlandıracağı "Zamanın kapıları" serialında daha iki məşhur aktyor çəkiləcək.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Erkan Can ilə İbrahim Səlim rol alacaq.

Can layihədə "Arif", Səlim isə "Kemal" obrazına həyat verəcək.

Qeyd edək ki, serial 10 bölümdən ibarət olacaq.