"Zirə”nin futbolçusu Eldar Quliyev Ukraynanın Olimpiya yığmasına dəvət alıb.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. 

Quliyev komandanın təlim-məşq toplanışı və Yaponiya millisi ilə yoldaşlıq oyunu üçün heyətə çağırılıb.

Ukrayna millisi bu ilin iyulunda keçiriləcək Paris Yay Olimpiya Oyunlarında iştirak edəcək.