Bu gün UEFA Avropa Konfrans Liqasının səkkizdəbir final mərhələsinin ilk oyunları keçiriləcək.

"Unikal" xəbər verir ki, Türkiyənin turnirdəki yeganə təmsilçisi “Fənərbağça” Belçikada “Yunion”un qonağı olacaq. Görüş saat 00:00-da başlayacaq.

Eyni saatda azərbaycanlı hakim Əliyar Ağayev Yunanıstanda PAOK – “Dinamo” (Zaqreb) matçını idarə edəcək.

Günün digər oyunları aşağıdakılardır:

21:45. “Ayaks” – “Aston Villa”

21:45. “Molde” – “Brügge”

21:45. “Olimpiakos” – “Makkabi Təl-Əviv”

21:45. “Şturm Qraz” – “Lill”

00:00. “Makkabi Hayfa” – “Fiorentina”

00:00. “Servett” – “Viktoriya Plzen”.

Qeyd edək ki, cavab oyunları martın 14-da keçiriləcək.