“Mançester Siti” və “Real Madrid” UEFA Çempionlar Liqasının 1/4 finalına vəsiqə qazanıb.

"Unikal" xəbər verir ki, futbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda İspaniyanın “Real Madrid” klubu Almaniyanın “Leypsiq” klubu ilə 1:1 hesablı heç-heçə edib və turnirin 1/4 finalına yüksəlib.

Çempionlar Liqasının hazırkı qalibi İngiltərənin “Mançester Siti” klubu evdə Danimarka “Kopenhagen”inə 3:1 hesabı ilə qalib gəlib.

Bundan əvvəl Almaniyanın “Bavariya” və Fransanın “Paris Sen-Jermen” klubları Çempionlar Liqasının 1/4 finalına yüksəlib.

1/8 finalın qalan dörd cütlüyünün cavab oyunları martın 12-13-də keçiriləcək.