İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Yurgen Klopp karyerasını Almaniyada davam etdirə bilər.

"Unikal" “Bild” nəşrinə istinadən xəbər verir ki, Almaniya Futbol Assosiasiyası mütəxəssisin 2026-cı il dünya çempionatında milli komandaya rəhbərlik etməsini istəyir.

Mənbənin sözlərinə görə, Kloppa qədər yığmanın hazırkı çalışdırıcısı Yulian Nagelsmanla 2024-cü ilin iyuluna kimi nəzərdə tutulan müqavilənin müddəti uzadılmazsa, komandanı Almaniya millisinin sabiq futbolçusu Sandro Vaqner idarə edəcək.

Qeyd edək ki, Yurgen Klopp bu mövsümün sonunda Mersisayd təmsilçisindən ayrılacağını açıqlayıb.