İspaniyanın “Real Madrid” komandasının futbolçusu Cud Bellinqem cəzalanıb.

"Unikal" xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Belə ki, İntizam Komitəsinin qərarına əsasən, “Valensiya” ilə 2:2 hesablı bitən matçda hakimə etiraz etdiyi üçün qırmızı vərəqə alan 21 yaşlı yarımmüdafiəçi iki oyunluq diskvalifikasiya edilib. O, Madrid təmsilçisinin La Liqada keçirəcəyi “Selta” və “Osasuna” ilə oyunlarını kənardan izləyəcək.

Xatırladaq ki, ingiltərəli futbolçu ölkə çempionatının XXVII turunda “yarasalar”la baş tutan matçın 90+9-cu dəqiqəsində topu tora göndərsə də, ondan bir neçə saniyə əvvəl baş hakim Xesus Gil Manzano final fitini səsləndirib. Buna sərt şəkildə etiraz edən oyunçu meydandan qovulub.