AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA tərəfindən növbəti təyinat alıb. 

"Unikal" xəbər verir ki, 17 yaşadək qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundu çərçivəsində martın 14-dən 20-dək Niderlandda təşkil olunacaq A liqasının 5-ci qrupunun oyunlarında UEFA nümayəndəsi Zümrüd Ağayeva olacaq.

Qeyd edək ki, bu qrupda İspaniya, Niderland, Ukrayna və Türkiyə yığmaları mübarizə aparacaqlar.