Birinci Liqa təmsilçilərindən olan "Karvan" heyətinə yeni legioner qatıb.

"Unikal" xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb. 

Yevlax təmsilçisi nigeriyalı futbolçu Sonaqo İsmael Noufounu rənglərinə bağlayıb. Onunla mövsümün sonunadək müqavilə imzalanıb.

Hücumçu mövqeyində çıxış edən futbolçu son olaraq ölkəsinin “Plateau United” klubunda çıxış edib.

Qeyd edək ki, "Karvan" hazırda Birinci  Liqanın turnir cədvəlində 27 xalla 5-cidir.