Rusiyalı atletlər Yekaterina Kuznetsova-Zyuqanova və Viktoriya Sudaruşkina dopinqə görə diskvalifikasiya olunublar.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Atletika Federasiyası məlumat yayıb.

Bildirilib ki, Moskva Antidopinq Laboratoriyasında əldə olunan nəticələrə görə, Yekaterina Kuznetsova-Zyuqanovanın 2013-cü il martın 13-dən 2015-ci il martın 12-nə qədər yarışlarda qazandığı bütün nəticələr ləğv olunub. Onun cəzası 2024-cü ildən 2026-cı ilə qədər təyin olunub.

Sudaruşkina isə 2024-cü ildən 2028-ci ilə qədər yarışlardan uzaqlaşdırılıb. Bu idmançının 2013-cü ildən 2024-cü ilə qədər olan nəticələri ləğv edilib.