“The Mandalorian” serialındakı "Cara Dune" rolu ilə məşhurlaşan aktrisa Cina Karano "Disney" və "Lucasfilm"ə qarşı məhkəmədə iddia qaldırıb.

"Unikal" xəbər verir ki. aktrisa sözügedən serialdan qovulmasının qeyri-qanuni olduğunu iddia edib.

Belə ki, 2021-ci ilin əvvəlində "Disney" rəhbərliyi Cinanın sosial şəbəkələrdəki açıqlamalarını nifrət dolu hesab etdiyi üçün onunla müqaviləyə xitam verib.

Aktrisa isə hesab edir ki, siyasi baxışlarına görə ona qarşı ayrı-seçkilik edilib.