İyunun 5-dən iyulun 2-dək dünyada 885 mindən çox insan koronavirus infeksiyasına yoluxub, 4,9 mindən çox insan dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında qeyd edilib. Bildirib ki, əvvəlki 28 günlə müqayisədə ölənlərin sayı 59%, yoluxmaların sayı 48% azalıb.

ÜST-nin məlumat cədvəlinə əsasən, dörd həftə ərzində dünyada 885 478 yoluxma halı və 4 912 ölüm halı qeydə alınıb. Bu dövrdə ən çox yoluxma Koreya Respublikasında aşkarlanıb - 383 767. Sonrakı yerləri Avstraliya (85 167), Braziliya (70 163), Sinqapur (32 562) və Rusiya (30 049) tutur. İyunun 5-dən iyulun 2-dək Braziliyada ən çox ölüm qeydə alınıb - 1057. Sonrakı yerdə Rusiya (506), İtaliya (317), Peru (250) və Avstraliya (241) gəlir.