Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 10, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 2 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 966 350, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 794, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 014, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 280, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 262 nəfər təşkil edir.