Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"a verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 889 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 596 nəfər müalicə olunaraq sağalıb, 10 281 nəfər vəfat edib, aktiv xəstə sayı 12 nəfərdir.

Son sutka ərzində 243, hazırkı dövrədək isə 7 635 924 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

Vurulan vaksinlərin ümumi sayı 13 966 319, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 783, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 006, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 270, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 260 nəfər təşkil edir.