“WhatsApp” növbəti yeniliyini təqdim etməyə hazırlaşır.

"Unikal" xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Artıq istifadəçilər silinmiş mesajları geri qaytara biləcəklər. Bunun üçün isə ismarış silindikdən sonra sizə cəmi bir neçə saniyə vaxt veriləcək.

Hazırda sözügedən funksiya "WhatsApp"ın  beta versiyasında peyda olub. Yeniliyin bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı isə hələlik məlum deyil.