Ukraynanın separatçıların nəzarəti altında olan Luqansk bölgəsinin Lisiçansk şəhərində üçmərtəbəli inzibati bina uçub.

"Unikal" TASS-a istinadən xəbər verir ki, binanın uçması nəticəsində 5 nəfər ölüb, daha 4 nəfərin dağıntılar altında qaldığı ehtimal edilir.

Axtarış-xilasetmə işləri davam etdirilir. Binanın hansı səbəbdən uçduğu hələlik məlum deyil.