Meksikanın San Luis Potosi əyalətində təhlükəsizlik qüvvələrinə hücum edən mütəşəkkil cinayət qrupu 4 polisi qaçırıb.

"Unikal" xarici KİV-ə  istinadən xəbər verir ki, ştatın Moktezuma şəhərində naməlum silahlı şəxslər polisə hücum edib.

Səlahiyyətlilər hücumda təhlükəsizlik qüvvələrindən 4-nün qaçırıldığını və polis maşınlarının yandırıldığını bildirib.

Dövlət Baş Prokurorluğu hücumu təsdiqləyib və polisin tapılması üçün genişmiqyaslı araşdırmaya başlanıldığını açıqlayıb.

Gülayə Mecid