Qaxda 61 yaşlı yataq xəstəsi yatdığı yerdə yanıq xəsarətləri alıb.

"Unikal" xəbər verir ki, bu gün axşam saatlarında Qax şəhər, Rəşid Behbudov 40 ünvanında yaşayan 1961-ci il təvəllüdlü Saatov Elsevər Saat oğlu yanıq xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı Elsəvər Saatovun yataq xəstəsi olduğu və yaşadığı ünvanda yataqda siqaret cəkərkən yatağa od düşdüyü və orada yanıq xəsarətləri aldığı məlum olub. 

Elsəvər Saatovun müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.