Estoniya Rusiya ilə Narva-İvanqorod sərhəd-keçid məntəqəsindəki quru sərhədini bağlayıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Estoniya sərhədçiləri bir neçə saatdır ki, Rusiya Federasiyasından gələn insanları, o cümlədən Estoniya sakinlərini sərhəddən buraxmırlar. 

Portalda sərhədin nə vaxt açılacağı ilə bağlı hələ məlumat qeyd olunmayıb. 

Jurnalistlər hesab edirlər ki, belə bir qərar Narvada "T-34" memorial tankının və digər sovet abidələrinin sökülməsi ilə bağlı vəziyyətlə bağlı ola bilər.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bunu Estoniya dövlətçiliyinə təhlükə adlandırıb.

Ağarza Elçinoğlu