İrəvan metro stansiyalarında partlayıcı qurğuların yerləşdirilməsi ilə bağlı həyəcan siqnalı daxil olub. 

"Unikal" erməni KİV-lərinə istinadən xəbər verir ki, hazırda sərnişin daşımaları dayandırılıb. 

Bu barədə İrəvan metrosu mətbuat xidmətinin məlumatənda deyilir: "Hörmətli vətəndaşlar, avqustun 16-da saat 10:05-də Böhran Vəziyyətlərində İdarəetmə Milli Mərkəzinə İrəvan metro stansiyalarında partlayıcı qurğuların yerləşdirildiyi barədə xəbərdarlıq edilib.

DİN-in Xilasetmə Qüvvələrinin Xüsusi Təyinatlı Xilasetmə Əməliyyatları Mərkəzinin kinoloji dəstəsi və Mülki Müdafiə İdarəsinin Mülki Müdafiə Qoşunlarının Kollektiv mərkəzinin mühəndis-xilasetmə dəstəsi hadisə yerinə yollanıb.

Hazırda metro ilə sərnişindaşıma müvəqqəti olaraq dayandırılıb". 

Ağarza Elçinoğlu