Qusar rayon sakini hovuzda boğulub.

"Unikal" report-a istinadən xəbər verir ki, hadisə Qusar şəhərində qeydə alınıb.

Belə ki, 1937-ci il təvəllüdlü Səfərov Mühacib Tacib oğlu hovuza düşərək boğulub.

M.Səfərov Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.