Ukraynanın Kiyev şəhərinin meri Vitali Kliçko həyat yoldaşı Natalya ilə boşandığını açıqlayıb.

"Unikal" xəbər verir ki, o, uzun illərdir ki, müxtəlif ölkələrdə yaşadıqlarını, ona görə də boşanmanın münasibətlərinin məntiqi yekunu olacağını bildirib.

“Uzun illərdir fərqli maraqlar, fərqli həyatlar yaşayırıq. Biz bunu rəsmiləşdirməyə qərar verdik. Bu, hər iki tərəfin istəyidir. Bizim hələ də yaxşı münasibətlərimiz var, bir-birimizə hörmət edirik, uşaqlar artıq böyüyüblər və həyat davam edir.

Xatırladaq ki, Vitali Kliçko və Natalya 1997-ci ildə evləniblər. Onların bu evlilikdən üç övladı - iki oğlu və bir qızı var. Son bir neçə ildə Natalya Almaniyada, Kliçko isə Ukraynada yaşayıb.