Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin direktoru vəzifəsinin icrası müvəqqəti olaraq  general-mayor Kənan Aşurluya həvalə olunub.

"Unikal" xəbər verir ki, bununla bağlı Komitə sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, K.Aşurlu həm də “Azərterminalkompleks”in direktor müavini təyin edilib.

Qeyd edək ki, o, 2019-cu ilin sonuna qədər Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi vəzifəsində çalışıb.