ABŞ-ın keçmiş prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosunun (FTB) agentləri tərəfindən Mar-a-Laqodakı mülkündə axtarış zamanı ələ keçirilən sənədlərin geri qaytarılmasını tələb edib.

"Unikal" xəbər verir ki, bu barədə "New York Post"da məlumat dərc olunub. 

Onun sözlərinə görə, FTB-nin xüsusi agentləri vəkil-müştəri imtiyazına aid olan sənədlər qutularını, eləcə də icra hakimiyyəti adlanan imtiyazla qorunan sənədləri (icra imtiyazı prezidentin müəyyən məlumatları açıqlamamaq hüququnu nəzərdə tutur) götürüblər.

"Sizi bu sənədləri dərhal aparıldıqları yerə qaytarmağa çağırıram. Təşəkkür edirəm", - Tramp bildirib.

Daha əvvəl bildirilmişdi ki, FTB Trampın evində aparılan axtarışlar zamanı 11 dəst məxfi sənədlər aşkarlayıb . Onlardan bəziləri tam məxfi olaraq təyin edilmiş və yalnız xüsusi dövlət qurumlarında istifadə üçün nəzərdə tutulmuşdu.

Ağarza Elçinoğlu