Avqustun 12-də hindistanlı yazıçı Salman Rüşdini bıçaqlayan şəxs qətl və hücumda ittiham olunur.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, yazıçının müvəkkili Endryu Vaylinin dediyinə görə, xəstəxanaya yerləşdirilən Rüşdi süni nəfəs aparatına qoşulub, onun qaraciyərində, qolunda ciddi zədə xəsarət var və bir gözünü itirə bilər.

Qeyd edək ki, Salman Rüşdi dünən Nyu-York şəhərində "Chautauqua" İnstitutunda mühazirəsindən əvvəl hücuma məruz qalıb.

Naməlum şəxs səhnəyə çıxaraq Ruşdini döyməyə başlayıb. 75 yaşlı Rüşdi boynundan və mədəsindən bıçaqlanıb. Hadisəni törədən şəxs saxlanılıb.