Azərbaycanda ata 5 yaşlı qızının ayağına qaynar su tökərək onu  yandırıb.

"Unikal" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilib ki, hadisəni törədən şəxs içkili olub və əməlini xatırlamadığını deyib. 

Azyaşlı ilə anası sığınacağa yerləşdirilib. Atanın isə ailəsinə mütəmadi şiddət göstərdiyinə görə axtarışına başlanılıb.