ABŞ hakimiyyəti Avropaya daha 260 hərbçi göndərəcək.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Quru Qoşunlarının mətbuat xidmətindən bildirilib.

"ABŞ Ordusu bu gün Avropa və NATO müttəfiqlərimizi dəstəkləmək üçün 101-ci Diviziya Briqadası Qərargahının Kentukki ştatının Fort-Kempbell şəhərindən payızda göndərəlicəyini elan edib. Təxminən 260 hərbçidən ibarət kontingent göndəriləcək", - deyə mətbuat xidmətindən bildirilib.

Qeyd edilir ki, hərbçilərin göndərilməsi müvəqqəti olacaq. Dəqiq tarix və istiqamət açıqlanmayıb.