Dünyada gənc işsizlərin sayı azalsa da, pandemiyadan əvvəlki dövrlə müqayisədə yüksək olaraq qalır.

"Unikal" xəbər verir ki, bu barədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) son hesabatında bildirilib.

Hesabat müəlliflərinə görə, gənc işsizlərin sayı son 1 ildə 2 milyon nəfər azalaraq 73 milyon nəfər təşkil edib. Lakin bu rəqəm 2019-cu ildəkindən 6 milyon nəfər çoxdur.

BƏT-in ekspertləri qadınlar arasında işsizliyin yenə də yüksək olduğunu qeyd edirlər. Onların fikrincə, Ukrayna böhranı dünyanın əksər ölkələrində yeni iş yerlərinin yaradılmasını ləngidir. Lakin İnternetin əhatə dairəsinin genişlənməsi 2030-cu ilədək 24 milyon yeni iş yeri yaradılmasına səbəb olacaq. Bu yerlərin əksəriyyətini gənclər tutacaq.