“Toyota” Yaponiyadakı zavodlarından birində istehsalı dayandırıb.

"Unikal" xəbər verir ki, buna səbəb kimi koronavirusun yayılması göstərilib. 

Belə ki, avqustun 8-dən 9-na və 9-dan 10-na keçən gecə Tsutsumi zavodunun istehsal xətlərindən biri boş qalıb. İstehsalat sahəsinin 16 işçisində koronavirusa yoluxma aşkar edilib.

Nəticədə zavodda planlaşdırılandan təxminən 660 ədəd daha az avtomobil istehsal edilib.