Bursanın Nilüfer səmtindəki gecə klubunda silhlı insident baş verib.

"Unikal" xəbər verir ki, gecə klubuna əylənmək üçün gələn bir qrup şəxs çılğınlıq edib.

Bunun üzərinə gecə klubunun mühafizəçiləri qəzəblənən qrupu çölə çıxarıblar.

Mühafizə işçiləri ilə mübahisəyə girən qrup onlardan gecə klubunun sahibinə zəng etmələrini istəyib. Məkan sahibi kluba gəldikdən sonra onlar arasında mübahisə yaranıb.

Mübahisə qısa müddət ərzində davaya çevrilib. Şəxsiyyəti bəlli olmayan şəxs silahla atəş açıb.

Güllə məkan sahibinin dostu Emir Çelikə dəyib. Yaralını xilas etmək mümkün olmayıb.
Şübhəlinin tutulması üçün geniş ə\məliyyat başlanılıb.