Milli Müdafiə Nazirliyi Fərat Qalxanı və Barış bulağı bölgələrinə hücuma cəhd edən 8 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyini bildirib.

"Unikal" xəbər verir ki, Nazirliyin Twitter hesabından edilən açıqlamada, "Sülh və təhlükəsizliyin qarantiyası olan komandolarımız Fərat Qalxanı və Barış bulağı bölgələrinə hücuma cəhd edən 8 PKK/YPG terrorçusunu zərərsizləşdirib.

Əməliyyatlarımız sürəti azaltmadan davam edir”-deyə qeyd olunub.

Əməliyyatlar zamanı Türkiyə Silahlı Qüvvələri bir şəhid verib. Nazirlikdən edilən yazılı açıqlamada, "10 avqust 2022-ci il tarixində Pəncə-Kilit əməliyyatı bölgəsində terrorçular tərəfindən qurulan təcavüz nəticəsində qəhrəman silahdaşımız Piyada Mütəxəssisi Çavuş Mahsun Şimşək şəhid olub"- deyə bildirilib.