Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1829 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 297, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 121, üç və daha çox doza vaksin vurduranların sayı 1164, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 247 nəfərdir.