Türkiyəli aktrisa Şafak Pekdemirin yeni layihəsi bəlli olub. 

"Unikal" xəbər verir ki, aktrisa "Senden daha güzel" serialında rol alacaq. O, 10-cu bölümdən etibarən izləyicilərin qarşısına çıxacaq. Şafak layihədə "Sevda" obrazına həyat verəcək.

Qeyd edək ki, Şafak son olaraq "Yasak elma", "Yalancılar ve mumları" kimi ekran işlərində rol alıb.