Kahramanmaraşda dəhşətli hadisə yaşanıb.

"Unikal" xəbər verir ki, yaşadıqları evin damında bıçaqla biləklərini kəsərək özünə xəsarət yetirən 22 yaşlı B.Ö. anasını, atasını və 2 qardaşını tapança ilə öldürüb və eyni silahla intihar edib.

Hadisə, saat 19.30 radələrində Önsen Mahalında qeydə alınıb. İddiaya görə, B.Ö yaşadıqları evin damında bıçaqla biləklərini kəsərək özünə xəsarət yetirməyə başlayıb. Dama çıxan B.Ö., ata M.Ö., anası H.Ö. və qardaşı F.Ö. və onun 10 yaşlı qardaşı T.Ö. tapança ilə vurub. B.Ö., daha sonra tapança ilə özünə atəş açıb.

Silah səslərini eşidənlərin xəbəri üzərinə hadisə yerinə çox sayda sağlamlıq və jandarma qrupları sövq edilib. Tibb işçiləri tərəfindən edilən müayinədə 4 nəfərin həyatını itirdiyi, ağır yaralanan atanın isə aparıldığı xəstəxanada dünyasını dəyişdiyi məlum olub.

Hadisə yerində araşdırmaları davam edir.