16 ildir yayımlanan "Arka sokaklar" serialına yeni aktyorlar daxil olacaq.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Batuhan Ekşi, Cem Uçan, Sebahat Kumaş, Cansın Çekili və azərbaycanlı aktrisa Nuray Hüseynova rol alacaq. O, “Yemin” adlı ekran işində "Aynur" obrazı ilə məşhurlaşıb. 

Yaxın zamanda 17-ci mövsümünün çəkilişlərinə start veriləcək.