Burkina Fasoda yol kənarına yerləşdirilmiş bombanın partlaması nəticəsində 15 əsgərin həyatını itirdiyi açıqlanıb.

"Unikal" xəbər verir ki, ardıcıl 2 bombalı hücum ölkənin şimalındakı Bam vilayətində baş verib.

Ordudan verilən açıqlamada bildirilib ki, hərbi maşın gizli partlayıcının üzərindən keçib. Nəticədə bomba partayıb və 15 əsgər həlak olub.

Açıqlamada, həmçinin heç bir qruplaşmanın hücuma görə məsuliyyəti üzərinə götürmədiyi, lakin cinayətkarların müəyyən edilməsi üçün araşdırmaların davam etdiyi bildirilib.