2019-cu ildə Kolumbiyada qatıldığı karnavalda münsiflər heyətini gözəlliyi ilə heyran edən Yuliana Estacio adlı gənc qadın keçmiş sevgilisi tərəfindən üzərinə benzin tökülərək yandırılıb.

"Unikal" xəbər verir ki, 21 yaşlı Evis Yuliana Estasio Kortes Kolumbiyanın Barbakoas kəndində dəhşətli hücuma məruz qalıb.

Keçmiş sevgilisi tərəfindən üzərinə benzin tökülərək yandırılan gənc qadın xəstəxanaya aparılıb. Dəhşətli hücumdan sonra ikinci və üçüncü dərəcəli yanıqlar alan və tez bir zamanda yaxınlıqdakı klinikaya çatdırılan Kortes, müalicəsinin qeyri-kafi olduğu üçün Pasto Universitet Xəstəxanasına köçürülüb. Həkimlərin bütün səylərinə baxmayaraq gənc qadın günorta saatlarında dünyasını dəyişib.