Yevlax şəhərində beşmərtəbəli yataqxana binasının dam örtüyündə yanğın söndürülüb.

"Unikal" xəbər verir ki, hazırda soyutma işləri aparılır.
TƏBİB-dən  bildirilib ki, yanğınla əlaqədar olaraq Yevlax Rayon Mərkəzi Xəstəxanasının 3 Təcili tibbi yardım briqadası əraziyə cəlb edilib.

Tüstüdən təsirlənən bir nəfərə yerində yardım edilib.

Bir nəfər əl və qolun yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

İlkin tibbi yardım edilib, vəziyyəti stabildir.

xxx

19:10

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yevlax şəhərində beşmərtəbəli yataqxana binasının dam örtüyündə yanğın olması barədə məlumat daxil olub.

"Unikal" nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.