Prezident Co Bayden Nyu Meksiko ştatında dörd müsəlman kişinin öldürülməsini qınayıb. 

"Unikal" xəbər verir ki, Bayden "Twitter"-də Albukerkedə dörd müsəlman kişinin dəhşətli qətlindən qəzəbləndiyi haqqında paylaşım edib.

"Tam araşdırmanı gözlədiyimiz müddətdə dualarım qurbanların ailələri ilə birlikdədir və mənim administrasiyam müsəlman icmasının yanındadır. Bu mənfur hücumların Amerikada yeri yoxdur",- deyə Bayden bildirib.

Qeyd edək ki, Nyu Meksiko ştatının ən böyük şəhəri olan Albuquerqueda dörd müsəlman kişi naməlum səbəbdən kimliyi bilinməyən şəxslər tərəfindən qətlə yetiriliblər. 

Aynurə Xudaverdiyeva